Erməni QHT-çi Nikol Paşinyanın qızını məhkəmədə uddu
Ermənistanın “Vətəndaş şüuru” adlı ictimai təşkilatının rəhbəri, politoloq Narek Samsonyan baş nazir Nikol Paşinyanın qızı Şuşan Paşinyana məhkəmədə qalib gəlib.
Musavat.com Ermənistan agentliklərinə isitnadən xəbər verir ki, bu barədə “Antifake.am” saytı məlumat yayıb.
“İrəvan şəhərinin birinci instansiya ümumi məhkəməsinin hakimi Zarui Naxşkaryan bu ilin iyun ayıın 18-də Şuşan Paşinyan tərəfindən Narek Samsonyana qarşı qaldırdığı iddia ərizəsini rədd edib”, - deyə xəbərdə bildirilir.
Xatırladaq ki, Şuşan Paşinyanı iddia ərizəsi verməsinə əsas səbəb Narek Samsonyanın özünün “facebook” səhifəsində yazdığı bir status olub. Burada erməni hüquq müdafiəçisi Nikol Paşinyanın öz qızına İrəvann məşhur restoranlarından birindən ayda br dəfə 3 min dollarlıq qara kürü gətizdirdiyini yazıbmış.
Şuşan Paşinyan buna görə Narek Samsonyandan 2 milyon erməni dramı (təqribən 7 min manat) təzminat tələb edib.
İddia tələbini rədd edən məhkəmə qətnamədə Narek Samsonyanın yazıdqlaırnı birbaşa Şuşan Paşinyana deyil, onun atasına yönəlik olduğunu qeyd edib. Sənəddə cavabdehin diqqəti Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra gəlirlərinin artmasına çəkmək istədiyi vurğulanıb.
Hakimin fikrincə, burada Şuşan Paşinyanın şərəf və ləyaqətinin təhqir olunmasından söhbət gedə bilməz.