Nar qabıqlarını qurudun, üyüdün və... Tanınmış XALQ TƏBABƏTİ RESEPTİ
Nar qabıqları güclü antiseptik və qurdqovucu təsirə malikdir. Sizə orqanizmi qurdlardan təmizləmək üçün çox tanınmış xalq təbabəti reseptini təqdim edirik. Nar qabıqları yaxşı yuyulur, qurudulur, qəhvəüyüdəndə üyüdülür. Hazır tozu şüşə qabında sərin quru yerdə saxlayın.
Hər səhər qida qəbulundan 30 dəqiqə əvvəl 1 x.q. nar qabığı tozu (uşaqlar üçün 1 ç.q.) 1 ç.q. balla yaxşı qarışdırın, qəbul edin və sonra 1 stəkan su için.
Bu vasitə mədə-bağırsaq sisteminə güclü antiseptik təsir edir, qurdları öldürür.