azia.az
azia.az

Ziyillərin xalq təbabəti vasitələri ilə müalicəsi

3-05-2016, 09:00

Ziyillərin xalq təbabəti vasitələri ilə müalicəsi Ziyillərin səbəbi papillomavirus infeksiyasıdır. Ziyillər təhlükəli olmasalar da bəzən ciddi kosmetik defekt yaradır.
Ziyillərdən azad olmaq üçün müasir kosmetik metodlar istifadə olunur - krioterapiya (maye azotla yandırılma) və elektrokoaqulyasiya (elektrik cərəyanla yandırılma).
Xalq təbabəti də ziyillərlə mübarizə etmək üçün effektli vasitələri təqdim edir. Bu vasitələr arasında:
- Sarımsaq. Sarımsaq nazik doğranılır, ziyilin üzərinə qoyulur və bintlə bərkidilir. Sarımsağı 2 saat saxlayın. Bu proseduraları gündə 2 dəfə ziyil yox olana qədər edin.
Digər üsul - 3 diş sarımsaq sarımsağəzənlə əzilir və eyni miqdarda ətçəkən maşınında çəkilmiş qoyun piyi ilə qarışdırılır. Bu məlhəm gündə 2 dəfə ziyilin üzərinə çəkilir və 2 saatdan sonra yuyulur. Hazır məlhəmi soyuducuda saxlayın.
- Dəmrovotu bitkisinin şirəsi. Bu da çox effektli vasitədir. Ən sadə üsul: dəmrovotu bitkisinin gövdəsindən şirə sıxılır (şirə açıq-sarı rəngdədir) və qulaq çöpü ilə ziyilin üzərinə çəkilir. Diqqətli olun! Şirə zəhərlidir - ağıza, gözlərə, sağlam dərinin üzərinə düşməməlidir. Bu vasitə gündə 2-3 dəfə ziyillərin üzərinə çəkilir.
Həmçinin dəmrovotudan müalicəvi dəmləmə də hazırlamaq olar. 1 x.q. quru dəmrovotunun üzərinə 1 stəkan qaynar su əlavə olunur, vam odda qaynara düşənə qədər qızdırılır, soyudulur və süzülür. Dəmləməni gündə 2-3 dəfə ziyilin üzərinə çəkilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi