Yaşlanma əleyhinə 10 maska
Yaşlanma ilə bağlı problem olmasa da üzdə yaranan qırışlar və ya yaşdan irəli gələn ləkələr sizi narahat edə bilər. Bəs, bu yaşlanma əlamətlərini ləngitmək və qarşısını almaq üçün nə etmək olar?
Azia.az Axşam.az-a istinadən ev şəraitində hazırlaya biləcəyiniz maskaları təqdim edir
1. Süd və kakaolu maska:
Şəkərsiz kakao tozu və südü krem halına gələnə qədər qarışdırın. Dəriyə çəkdikdən 5-10 dəqiqə sonra yuyun. Pilinq təsirinə malik bu maska cildinizi daha təravətli və yumşaq edəcək.
2. Yulaf və ballı maska:
Maskanı təmiz üzə çəkib 15-20 dəqiqə saxlayın. İlıq, sonra soyuq su ilə yuyun.
3. Xiyar maskası:
Xiyarı rəndəliyib, içinə 1 yumurta ağı, 1 qaşıq limon suyu və alma qabığını əlavə edin. Üzünüzdə 20 dəqiqə saxlayın.
4. Banan maskası:
Banan yaşlanma əleyhinə malik E və A vitaminləri ilə zəngindir. Bir bananı yaxşıca əzib, bir qaşıq bal və krem əlavə edin. Maskanı üzünüzə çəkib, 30 dəqiqə sonra yuyun.
7. Çiyələk və yumurta ağı maskası:
3-4 çiyələk götürüb əzin. Əzilmiş çiyələkləri yumurta ağı ilə qarışdırıb üzünüzə çəkin. Maskanı üzünüzdə tamamilə quruyana qədər saxlayın və sonra soyuq su ilə yuyun.
8. Kartof və alma maskası:
Kartofla almanı sürtgəcdən keçirin. Maskanı üzünüzdə 20 dəqiqə saxladıqdan sonra yuyun. Bu, qırışları azaldacaq və yaş ləkələrini yox edəcək.
9. Aloe vera maskası:
Bu maska dəri infeksiyalarını müalicə etməklə yanaşı, yaşlanan dərini yeniləyir. Cildinizdə 20-30 dəqiqə saxlamaq kifayətdir.
10. Qaragilə və üzüm toxumu yağı maskası:
¼ fincan qaragilə və ½ xörək qaşığı üzüm toxumu yağını həmin meyvələrin püresinə əlavə edib qarışdırın. Təmiz üzə çəkib 10 dəqiqə sonra yuyun.