Yumurta Qabığının Bilinməyən Faydaları
Yumurta qabığının dəri ləkələri, qırışlar, dəri qocalması, sümük əriməsi və zəif immunitetə qarşı faydalı olduğu bildirilir. Yumurta qabığı döyülərək toz halına gətirilərək istifadə edilir. Gündə yarım çay qaşığına qədər istehlak etmək faydalıdır
Kalsium ehtiyacını ödəmək üçün yenə yumurta qabığı yaxşıca döyülür və limon suyu ilə qarışdırılır. Ağzı qapadılıb 3-4 gün soyuducuda saxlanıldıqdan sonra gündə yarım çay qaşığı iistifadə edilə bilər
Dəri ləkələrinə qarşı 1 qaşıq yumurta qabığı, 1 qaşıq qatıq, 1 qaşıq yumurta ağı və 3-4 damcı limon suyu ilə qarışdırılıb üzə sürtülür. 20-25 dəqiqə saxlanılır və üz ilıq su ilə yuyulur
Bu maska ləkələrə qarşı olduqca təsirlidir. Dəri yenilər, rəng fərqlərini aradan qaldırmağa yardımçı olur və dərinin ağ görünməsini təmin edir.
Sınaqdan əvvəl mütləq bir mütəxəssisə məsləhətləşəsiniz təklif edirik. (Mənbə Milliyyət)