Azərbaycanın Qafan-Gorus yolunda nəzarət-buraxılış məntəqəsi yaradılır
Azərbaycanın Qafan-Gorus avtomobil yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir. Pravda.az-ın xəbərinə görə, yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq məntəqə gömrük və sərhəd xidməti nəzarəti həyata keçirəcək. Nəzarət-buraxılış məntəqəsinin noyabrın 11-dən yaradılması gözlənilir. Azərbaycanın bununla bağlı artıq Ermənistan tərəfini məlumatlandırdığı bildirilir.