azia.az
azia.az

Vəziyyət gərginləşdi, Azərbaycan Qaragölə XTQ yeritdi

10-11-2021, 23:20

Vəziyyət gərginləşdi, Azərbaycan Qaragölə XTQ yeritdi
Vəziyyət gərginləşdi, Azərbaycan Qaragölə XTQ yeritdi

Azia.az Milli.az-a istinadən xəbər verir ki, noyabrın 9-da Zəngəzurdakı Qaragöl ətrafında vəziyyət yenə gərginləşib.

Ermənistan mediasının və sosial şəbəkələrin erməni seqmentinin yaydığı "məlumat"lara, daha doğrusu, aşkar və primitiv dezinformasiyalara görə, Qaragölətrafında azərbaycanlı və erməni hərbçilər arasında dava düşüb.

"Davanın səbəbi erməni hərbçilərin Ermənistan ərazisində yeni mövqelər və postlar inşa etməyə başlamaları olub. Vəziyyətə rusiyalı hərbçilər müdaxilə etsələr də, vəziyyət gərgin olaraq qalır. Azərbaycanlılar Gorus yaxınlığında, Qaragöl ətrafında mövqelər qurublar. Erməni hərbçilər isə onların arxasında mövqelər və postlar yaradıblar", - erməni mediası xəbər verir.
Vəziyyət gərginləşdi, Azərbaycan Qaragölə XTQ yeritdi
Əslində, gerçəkdə nə baş verir?

Ermənistanın müdafiə naziri, general-mayor Arşak Karapetyan Qaragöl yaxınlığında olan erməni hərbçilərə irəliləyərək Ermənistan-Azərbaycan sərhədinin yanında "daha əlverişli" mövqelər tutmaq əmrini verib.

Məhz A.Karapetyanın imzaladığı əmrə müvafiq olaraq 46 erməni hərbçi 2 KamAz avtomobilinə doluşaraq "yeni mövqelər yaratmağa" yollanıblar.

Verilən əmrə müvafiq olaraq həmin erməni hərbçilər, yəni 4 zabit, 6 gizir (praporşik), 8 çavuş (serjant) və 28 sıravi erməni Azərbaycan Ordusunun postları arasındakı yolları mümkün qədər qısa müddətdə nəzarət altına almalı, azərbaycanlı hərbçilər arasındakı nəqliyyat əlaqəsini kəsməli idilər.

Erməni hərbçilər "təyinat yerləri"nə çatandan sonra yola metal-qəfəs konstruksiyalar düzərək mövqelərimiz arasındakı yolu kəsməyə çalışıblar.

Lakin hərbçilərimizin çox sərt reaksiyasından sonra onlar niyyətlərindən əl çəkərək geri çəkilmək məcburiyyətində qalıblar.

Olaylar başlanandan təxminən 40 dəqiqə sonra hadisə yerinə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin operativ qrupu gəlib.

Onlar erməni hərbçiləri mühasirəyə alıblar.

Dünən axşam saatlarından bəri 46 erməni hərbçi mühasirədədir. Onların sursat, su və ərzaq ehtiyatları yoxdur.

Azərbaycanlı hərbçilər isə düşməndən fərqli olaraq, ərzaq, isti çadırlar və s. ilə tam təmin olunublar.

Bir qədər sonra isə rusiyalı hərbçilər hadisə yerinə gəliblər və məhz onların sayəsində ermənilər olay məkanını leş formasında yox, özləri tərk ediblər.

Ermənistan rəhbərliyi həmişə olduğu kimi, bu dəfə də hərbçilərinin həyatlarını heçə sayaraq onları "irəli" atıb. Halbuki Azərbaycan əsgərləri üçün hədlərini aşan erməniləri 0-a vuraraq utilləşdirmək çox çətin məsələ deyildi.

Lakin əsgərlərimizin səbri sonsuz deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi