azia.az
azia.az

MEK-in baş direktoru beynəlxalq elmi iclasda Azərbaycanı təmsil edib

15-07-2021, 11:52


MEK-in baş direktoru beynəlxalq elmi iclasda Azərbaycanı təmsil edib
13 iyul tarixində Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzinin (BETİM) növbəti 72-ci iclasına start verilib. Görüş videokonfrans formatında aparılıb.
Sözügedən videokonfrans Mərkəzi Amerikadan Cənub-Şərqi Asiyaya və Avropadan Afrikaya qədər planetin müxtəlif coğrafi bölgələrini təmsil edən 13 üzv ölkələrin tanınmış alim və mütəxəssislərinin iştirakı ilə baş tutub. Videokonfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının baş direktoru professor Məmməd Əliyev təmsil edib.
BETİM-in baş direktoru məruzəsi zamanı bu mötəbər elmi məclisin işinə uğurlar arzulayıb. Görüş zamanı, mərkəzin fəaliyyətinin təhlili, inkişaf istiqamətləri, 2020-ci il üzrə hesabat, beynəlxalq elmi-texniki məlumat, verilənlər bazası sisteminin yaradılması və saxlanılması, elmi və texniki məlumatların beynəlxalq məlumat bazalarına giriş üçün məlumat xidmətlərinin göstərilməsi, analitik qiymətləndirmələr daxil olmaqla elmi-texniki məlumatların istifadəsi üçün nəzəriyyə, təcrübə, formalar, metodlar, elmi tədqiqatların dəstəklənməsi və aparılması, üzv ölkələrin elmi və texniki məlumatları sahəsində kadrların hazırlanmasına və ixtisaslarının artırılmasına kömək, bu sahədə ən yaxşı təcrübələrin mübadiləsinə dəstək, həmçinin növbəti 73-cü görüşün keçirilməsinə hazırlıq və digər önəmli məsələlər müzakirə olunub.
Beynəlxalq elmi iclasda MEK-in baş direktoru professor Məmməd Əliyev BETİM-nin fəaliyyətini, xüsusilə Azərbaycanın alim və mütəxəssislərinin elmi nailiyyətlərinin beynəlxalq aləmdə yayılmasındakı dəstəyini yüksək qiymətləndirib. Qeyd olunub ki, alimlər mütəmadi olaraq, Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzinin təşkil etdiyi beynəlxalq elmi konfrans, seminar və digər tədbirlərdə mütəmadi olaraq iştirak edir, BETİM-in "İnnovasiya və informasiya" jurnalında aktual mövzularda elmi məqalələr nəşr etdirirlər. Baş direktor bundan sonra da əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və ölkəmizin belə tədbirlədə iştirakını müasir Azərbaycan elminin uğuru kimi dəyərləndirib.
Videokonfrans müddəti müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.
Sonda Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzinin növbəti 73-cü iclasının 2021-ci il noyabr ayının ilk 10 günlüyündə Moldovada keçirilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Beynəlxalq Elmi - Texniki İnformasiya Mərkəzi beynəlxalq elmi və texniki məlumat mübadiləsinin təmin edilməsi problemlərini həll etmək məqsədilə 1969-cu ildə hökumətlərarası saziş əsasında yaradılmış, ixtisaslaşmış bir təşkilatdır. Təşkilatın əsas vəzifələri beynəlxalq şəbəkə alətlərinə, dünya informasiya və bilik mənbələrinə malik olmaqdır.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi