azia.az
azia.az

"Azərbaycanda insanlar su içməyi sevmir, bu da ciddi problemlər yaradır" - Professor kovidin qana təsirindən danışdı

6-11-2021, 09:44

"Azərbaycanda insanlar su içməyi sevmir, bu da ciddi problemlər yaradır" - Professor kovidin qana təsirindən danışdı
"Türkiyədə, xüsusən Azərbaycanda məni bir şey heyrətləndirir. Burada insanlar, əsasən yaşlılar su içmir, suyu sevmirlər. Çay içirlər, bitir. İnsan yaşlandıqca orqanizm daha çox quruyur, susuzlaşır. Yaşlılar susuz bədəndə qalır. Susuz bədəndə də tromblaşma riski yüksəkdir" Bilirik ki, insult, infarkt ən çox gecə yuxuda olur. Niyə? İnsan saat 7-8 də az miqdar su içir və yatmağa gedir. 50-60 yaşlı kişilərdə prostat böyüməsi də olur, gecə tualetə getməyim deyə, su içməzlər.
"Azia.az"ın məlumatıan görə, bu sözləri medicina.az-a tanınmış türkiyəli professor, damar uzmanı Ahmet Memiş açıqlayıb. O, koviddən öncə, kovid zamanı və sonra qanı dərmansız durultmağın sadə yolunu açıqlayıb.

"Susuz bədən səhərə kimi daha susuz qalar. Qanin qatiligi artar, gecə yuxuda insult, infarkt riski yüksələr. Bizim yaşlıları istədi-istəmədi su içməyə məcbur öyrətmək lazımdır. Qazsız təmiz suyu qaynatmadan sərin-otaq temperaturunda içmək mütləqdir. Yatmazdan əvvəl 1 stəkan su içilərsə, gecə insultlarının qarşısı xeyli alınar.

Bəzi xəstələrə qandurulasdırıcı yazılır. Xüsusən ürək damar əməliyyatlarından sonra. O dərmanı içəndə də su içmək lazımdır. Bir -iki qurtum su ilə bu dərmanları içmək işə yaramır. Bədəninizdə su dövr etməlidir. Qanı durulaşdıran sudur.

Zatən damar sistemi pozulmuş, susuz orqanizm, yaşı yüksək, daha çox da kişilər kovidin vaskulit təsirindən ağırlaşır.

Qanı qatı olan insanda qan damardan bal kimi ağır axar. Balı bir kapilyarın içindən keçirmək mümkündürmü? Xeyr.

Kovid zamanı qanın duru olması şərtdir. Bunu artıq bütün həkimlər bilir. Kovidli xəstənin rutin analizlərində qan və tromb analizləri incələnir, qandurulaşdırıcı, heparin, kleksan lazım gələrsə edilir. Qanın tromblaşmasını artıran səbəblər aradan qaldırılmalıdır. İşin profilaktikası təkcə kovid və fəsadı deyil."

Profilaktik məqsədilə aspirin, kardio maqnil kimi dərmanlar içmək olarmı ki, qanımız daha duru olsun?

Professor qəti olaraq buna gərək olmadığını bildirib.

"Xeyr, sadəcə profilaktika və qanım duru olsun deyə bu dərmanları içməyə ehtiyac yoxdur. Çünki hər bir dərmanın əks təsiri var. Aspirin kimi ucuz dərman bir möcüzədir. Amma onun da yan təsirləri var.

Riskli xəstəsizsə, qan analizləriniz və müayinələriniz pisdirsə, həkim bunları xəstəyə yazır. Risqiniz yoxsa, qanın durulmasını istəyirsənsə, su iç, hərəkətdə ol, qan durulaşacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi