Qanın biokimyəvi analizi nədir, hansı xəstəlikləri göstərir? - İZAH
Sağlamlığın ümumi əsas göstəriciləri, vəziyyəti barədə həkimə ilkin məlumatı verən qanın ümumi, daha sonra isə bikomyəvi analizidir.
Biokimyəvi analiz adi qan analizi deyil. O, daha geniş göstəriciləri əhatə edir və bir qədər baha başa gəlir. Amma normal müayinə və müalicə istəyən insan mütləq bunu verməlidir?
Bu analiz ən informativ analizlərdən biridir, böyrək, öd kisəsi, həzm, qaraciyər, ürək-damar sisteminin vəziyyətini qanda əks etdirir.
Biokimyəvi analizə nələr daxildir?
- Bilirubin, ALT, AST – qaraciyər və öd
- Ümumi zülal və kreatin – böyrəklərin funksiyası
- Xolesterin, lipid –ürək-damar
- Qanazlığı üçün qanda dəmir, ferritin
- Şəkərli diabet üçün qanda qlükoza
- Eləcə də baza olaraq analizə CRZ – C reaktiv zülal – bədəndə iltihabı göstərən daxil edilir.
Biokimyəvi analizi profilaktik olaraq ildə 2 dəfə verə bilərsiz.
Analiz səhər acqarına verilməlidir.
Axşam yağlı ət qidası yemək, spirtli içki, qəhvə içmək olmaz.
Analizdən 30 dəqiqə qabaq siqaret çəkməyin.Medicina.az