azia.az
azia.az

Müdafiə Nazirliyi açıqlama yaydı: Türkiyədə Komando kursunu bitirən hərbçilərimiz Vətəndədir

31-10-2021, 13:14

Müdafiə Nazirliyi açıqlama yaydı: Türkiyədə Komando kursunu bitirən hərbçilərimiz  Vətəndədir
Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin Sparta şəhərində keçirilən növbəti komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar.

Bu barədə Müdafiə Nazirliyi xəbər verir.

Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.

Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti heyət komando kursunda iştirak etmək üçün Türkiyənin Sparta şəhərinə yola salınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi