SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı
SON DƏQİQƏ! Müdafiə Nazirliyi açıqlama yaydı
Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata münasibət bildirib.
Nazirlikdən Oxu24.com-a verilən məlumata görə, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.
"Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur.
Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq", - Müdafiə Nazirliyindən bildirilib.