azia.az
azia.az

Erməni qız Azərbaycana olan sevgisindən adını və dinini dəyişdi - FOTO

20-10-2021, 09:33

Erməni qız Azərbaycana olan sevgisindən adını və dinini dəyişdi - FOTO
Xəbər verdiyimiz kimi, “Erməni bayrağına sevgisi olan azərbaycanlı qızı siz də tanıyın” adlı məqalə yayımlanmışdı.

Bizim.Media xəbər verir ki, məqalə yayımlandıqdan sonra adı çəkilən qadın əslində erməni olduğunu Azərbaycanı və azərbaycanlıları sevdiyini bildirib.

“Mənim milliyyətim ermənidir. Keçmiş adım Aqunik Xaçaturyan olub. Adımı və soyadımı dəyişmişəm Aida Qulieva olaraq tanınıram. Həmçinin İslam dinini qəbul etmişəm”.

O bildirib ki, erməni olsa da Azərbaycanı və azərbaycanlıları sevir və hörmət bəsləyir:

“Mən Ermənistanda doğulmuşam 16 yaşımda Rusiyaya köçmüşəm. Hal hazırda 37 yaşım var. Həyat yoldaşım Azərbaycanlıdır.”

Aida Quliyeva Qarabağ zəfəri haqqında da danışıb:

“Qarabağ Azərbaycanın əzəli Torpağıdır. Mən hər yerdə bunu deyirəm. Buna görə də millətim məni sevmir. Bütün hədələrə rəğmən mən bunu deyirəm. Həqiqətin tərəfdarıyam. Ən böyük arzum Azərbaycana gəlməkdir. Ən böyük arzum Şəhidlər xiyabanını ziyarət etməkdir. (İnterpress.az)

Bizim.Media


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi