İran Ermənistana gedən alternativ yolu bir aya açacaq
“İranla Ermənistan arasındakı alternativ marşrut bir ay sonra fəaliyyətə başlayacaq”.
Bunu İRNA-ya açıqlamasında İranın yol və şəhərsalma nazirinin müavini Xeyrullah Xadimi açıqlayıb.
Nazir müavini bildirib ki, Gorusla Qafan arasındakı yolun Azərbaycan torpaqlarından keçməsi səbəbindən alternativ marşrut axtarışında olublar:
“İrana məxsus yük maşınları üçün 21 kilometrlik marşrutda ortaya çıxan problem həllini tapır. Ondan sonra Azərbaycana rüsum verməyə ehtiyac olmayacaq”.///qafqazinfo