azia.az
azia.az

İran səfiri Azərbaycanı qınadı və Ermənistana çağırış etdi: “Alternativ yol çəkək”

20-09-2021, 17:13

İran səfiri Azərbaycanı qınadı və Ermənistana çağırış etdi: “Alternativ yol çəkək”
İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Badəxşa Zoquri Gorusdan keçəcək alternativ yolun ən qısa zamanda tikiləcəyinə ümid etdiyini bildirib.

Savash.org-un erməni mətbuatına istinadla məlumatına görə, səfir 44 günlük Qarabağ müharibəsindən sonra yükdaşımalarda problem yarandığını bildirib:


“Sovet İttifaqının xəritələrinə əsasən, Ermənistanın Gorus-Qafan yolunun bir hissəsi Azərbaycana məxsusdur, amma demarkasiya prosesi başlayanadək nəqliyyatın sözügedən ərazidə maneəsiz hərəkətinə dair razılıq əldə edilmişdi. Bildiyiniz kimi, bir neçə gündür, Azərbaycan polisi və sərhədçiləri Gorus-Qafan yolunun bəzi hissələrində İran mallarını Ermənistana aparan sürücüləri saxlayır və onlardan gömrük rüsumu alır”.

Səfir problemin ən qısa zamanda yoluna qoyulacağına ümidvar olduğunu desə də, alternativ yolun tezləşdirilməsi vacibliyini də vurğulayıb:

“Səfirlik də daxil olmaqla, İran tərəfi problemin ən qısa zamanda həlli üçün səylər göstərir, buna qədər isə Ermənistan hökumətinin ən qısa zamanda Sünikdə alternativ yol salacağını gözləyirik. Söhbət Tatev yolundan gedir. İranlı sürücülər bu yol boyu təhlükəsiz şəraitdə yük daşımalarını həyata keçirəcəklər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi