azia.az
azia.az

İki erməni hərbçi həbs olundu

3-10-2021, 08:42


İki erməni hərbçi həbs olundu
Ermənistanda hərbi xidmətdən yayınma halları geniş vüsət almaqdadır. Artıq problemin həlli yolunu tapa bilməyən Ermənistan hakimiyyəti ən sərt tədbirlərə əl atmaqdadır. Elə bu günlərdə məzuniyyətə evə buraxılan iki hərbçi hərbi hissəyə dönməkdən imtina edib və onlar barəsində cinayət işi qaldırılaraq, həbs olunublar.

Xəbər verilir ki, əsgərlər A.O və V.V adlı şəxslər məzuniyyət bitdikdən sonra hərbi hissələrinə qayıtmaqdan və xidməti vəzifələrini yerinə yetirməkdən imtina etdikləri üçün saxlanılıblar.

Respublika İstintaq Komitəsinin yaydığı məlumatda deyilir ki, hərbi xidmətdən imtina edənlər barəsində cinayət işi açılıb.

Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi