azia.az
azia.az

Azərbaycanlı əsir, itkin və girovlarla bağlı 6 dildə BƏYANAT

1-10-2021, 07:58

Azərbaycanlı əsir, itkin və girovlarla bağlı 6 dildə BƏYANAT
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları ilə bağlı mətbuat konfransı keçirilib.
Xəbər verilir ki, “Sputnik Azərbaycan” Agentliyinin mətbuat zalında keçirilən toplantıda İctimai Birlik 6 dildə (Azərbaycan, rus, ingilis, fransız, ərəb, alman) bəyanat yayıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun sədr müavini Eldar Səmədov tarixə nəzər salaraq, ermənilər tərəfindən Azərbaycan vətəndaşlarına qarşı törədilmiş soyqırımlarından, işgəncələrdən danışıb, əsir və itkin düşmüş şəxslərdən bəhs edib.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal qeyd edib ki, bu cür ictimai-siyasi, beynəlxalq əhəmiyyətli mətbuat konfransını keçirməkdə əsas məqsəd Ali Baş Komandan İlham Əliyevin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması yönümündə həyata keçirdiyi siyasətə vətəndaş cəmiyyəti adından dəstək verməkdir. Z.Zeynal bildirib ki, erməni vandalizimi nəticəsində əsir və itkin düşmüş, işgəncələrə məruz qalmış vətəndaşlarımızın taleyi ilə bağlı məsələlərə beynəlxalq hüquq təşkilatları diqqətlə yanaşaraq ədalətli mövqe nümayiş etdirməlidir. Demokrat.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi