azia.az
azia.az

SON DƏQİQƏ: Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən...

18-09-2021, 18:40

SON DƏQİQƏ: Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən...
Taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən də COVID pasportu tələb olunur.



Azia.az xəbər verir ki, bu barədə "bizim.media”ya açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.



Onun sözlərinə görə sentyabrın 1-dən birinci doz vaksin qəbul edən taksi sürücüləri sözügedən xidməti göstərə bilərlər.



Oktyabrın 1-dən isə taksi sürüclərindən ikinci doz peyvənd olunmaları və ya immunitet sertifikatı almaları tələb olunur:



"Nazirlər Kabinetinin 26 iyul 229 nömrəli 2021-ci il tarixl qərarında və əlavələrdə COVID -19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatı tələb olunan xidmət sahələri sırasında nəqliyyat, logistika və komunikasiya da var.



Yəni dəmiryolu, hava və avtomobil nəqliyyatı, yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin mütləq qaydada peyvəd olunması, yaxud immunsertifikatı tələb olunur.



Bu qərara uyğun olaraq taksi fəaliyyəti ilə məşğul olan şəxslər 1 sentyabr tarixindən etibarən birinci doz COVID pasportu ilə fəaliyyət göstərə bilərlər.



Nazirlər Kabinetinin qərarının icra edilməsi və taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID pasportunun olub-olmaması barədə xidmətə cəlb olunan əməkdaşlarımız tərəfindən müvafiq nəzarət profilaktik yoxlamalar həyata keçirilir. Aşkarlanan hallarla bağlı müvafiq tədbirlər görülür".



Xatırladaq ki, İnzibati Xətalar Məcəllənin 211-ci maddəsi əsas tutularaq, karantin rejimlərinin pozulmasına görə fiziki şəxsləri 200 manatdan 400 manatadək, vəzifəli şəxsləri isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə gözləyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi