azia.az
azia.az

Limon suyu və duz təzyiqi aşağı salırmı? - ARAŞDIRMA

17-08-2021, 15:39

Limon suyu və duz təzyiqi aşağı salırmı? - ARAŞDIRMA
Bir çox insanlar arasında limon suyunun, duzun təzyiqi salması ilə bağlı fikirlər var.

Bəs limon suyu təzyiqi aşağı salırmı? Duz təzyiqə nə qədər təsirlidir?

Azia.az həmin araşdırmanı təqdim edir:

Limon suyu və duz təzyiqi aşağı salırmı? - ARAŞDIRMA

Limon suyu dərman qədər təsirli olmasa da bir müddətlik təzyiqi aşağı salır. Limondakı flavonoidlerin ACE qrupu dediyimiz təzyiq dərmanlarındakı mexanizmaya bənzər bir yolla təsir etdiyinə dair məlumatlar var. Amma bundan “möcüzə” gözləmək düzgün deyil.

Limon suyu və duz təzyiqi aşağı salırmı? - ARAŞDIRMA

Duz təzyiqə nə qədər təsirlidir?

Məsləhət görülən gündəlik duz istifadəsi 4-5 qram, yəni 1 çay qaşığı qədərdir. Təəssüf ki, cəmiyyət olaraq duzdan çox istifadə edirik. Hər 3 nəfərdən birinin yüksək təzyiq xəstəsi olması duz istifadəsini azaltmalı olduğumuzu göstərir.

Təzyiq salan qidalar hansılardır?

Yüksək təzyiqdə istifadə olunan dərmanların yerini heçnə verə bilməz. Amma bəzi qidalar təzyiqi salmaqda kömək edir.
Sarımsaq tərkibindəki allisin adlanan maddə sayəsində təzyiq üçün yararlıdır. Allisin adlanan dərmandan faydalanmaq üçün mütləq sarımsağı əzmək lazımdır. Sarımsağı 5-10 dəqiqə gözlətdikdən sonra yemək daha düzgündür.
Pomidor tərkibindəki likopen sayəsində ürək-damar xəstəlikləri üçün çox faydalıdır.
Nar tərkibindəki polifenoller sayəsində super bir qidadır. Mövsümündə hər gün 1 ədəd yemək lazımdır.
Çuğundur nitratla zəngin bir qidadır. Nitrat təzyiqi salmaqda önəmli rola malikdir.

Limon suyu və duz təzyiqi aşağı salırmı? - ARAŞDIRMA


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi