azia.az
azia.az

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən müğənni arvadını bıçaqladı – İSTİNTAQ MATERİALLARI

14-09-2021, 08:59


Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən müğənni arvadını bıçaqladı – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var.
Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən müğənni arvadını bıçaqladı – İSTİNTAQ MATERİALLARI
Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik.

Mətbuatda bununla bağlı qısa məlumat dərc edilib.

Cinayətin baş vermə anı barədə yazacağıq, hələlik isə cütlüyün aralarında yaranan münaqişənin köklərini izah etməyə çalışaq.

Həyat yollarının rəsmi təməli 2005-ci ilin 7 oktyabrında qoyulan bir ailə... İlk zamanlarda hər şey yaxşı gedir, nikahdan üç övladları dünyaya gəlir.

Azia.az oxu.az-a istinadla bildirir ki, həyat yollarında hələ ki, keşməkeşlər yoxdur, yoxuşlar mövcud deyil, sabit və xoşbəxt tempdə davam edir. Ər K. (şərtidir) 2009-cu ildə Nəqliyyat Nazirliyində işə düzəlir, 2015-ci ilə qədər qurumda baş məsləhətçi işləyir. Lakin Nəqliyyat Nazirliyi ləğv edildiyindən o, işindən azad olunur. İş karyerasındakı büdrəmə isə onların maddi durumuna mənfi təsirlər edir, ər arvadı ilə razılaşır, Biləcəri qəsəbəsindəki evlərini satırlar və onlar kirayədə yaşamağa başlayırlar.

Ailə maddi sıxıntılar məngənəsində çırpınır, ər isə anası və bacısından aldığı pullarla keçinir, ehtiyaclarını ödəmək müşkülə çevrilir.

Ailə büdcəsinin boşalması, maddi problemlərin körüklənməsi ər-arvad arasında bir-birinə qarşı aqressiyanı da qidalandırır. Artıq ər arvadının seçdiyi peşəyə hörmətsizlik etməyə başlayır, xanımının müğənni olmaq arzusunu həzm edə bilmir.

Arvad Ş. isə yorucu və bezdirici ailə münaqişəsindən qurtulmaq üçün övladlarını götürüb atası evinə gedir.

Proseslərin gedişatı adi küsüb-barışmaq çərçivəsindən çıxır, vəziyyət o yerə çatır ki, Ş. iki dəfə - 2016 və 2017-ci ildə boşanmaq üçün Binəqədi Rayon Məhkəməsində iddia qaldırır.

Hər iki halda ərlə arvad arasında barışıq olur, ər deyir ki, bundan sonra səni toylara özüm aparacağam. Razılaşırlar, müğənni Ş. müxtəlif tarixlərdə bir neçə şadlıq sarayında mahnı oxuyur, bununla da pul qazanır.
Ərlə arvad yenidən xoş güzəran keçirirlər, ancaq bu ailəyə münasibətdə deyə bilərik ki, yaxşı günün ömrü az olurmuş.

İstintaq materiallarına əsasən, müğənni xanımının hər hansı kişi həmkarı ilə şəkillər çəkdirməsi əri özündən çıxarır.

Ərin qulağına çatır ki, şadlıq evlərinin sahibləri arvadına ev və maşın hədiyyə etmək istəyir, əvəzində isə Ş-ya intim münasibət təklif edirlər. Bu məlumatlar ərlə arvad arasında mübahisələri gərginləşdirir. Hətta K arvadına icazə vermir ki, o, "Instagram" sosial şəbəkəsində özünə hesab açsın.

Ərlə arvad əsəb və stressli üç il keçirirlər, 2020-ci ilin iyununda ailədəki dava yenidən Ş-nın ata evinə getməsi ilə nəticələnir.

Ər hər gün arvadının qaldığı Xırdalan şəhərinə gedir, Ş.-ya barışıq təklif edir, lakin arvadı ona uzadılan sülhpərvər niyyəti geri çevirir.

Bu zaman ərin beynini arvadının ona xəyanət etməsi şübhələri gəmirir, Ş.-nın başqa kişilərlə ünsiyyət saxlaması ehtimalları onun fikirlərində özünə möhkəm yer edir.

Əri üçüncü boşanma sürprizi gözləyirmiş, 2020-ci ilin sentyabrın 7-də onun nömrəsinə məhkəmə iclasında iştirak etmək üçün sms gəlir.

Arvadının xəyanət etməsindən şübhələr belə K.-nın Ş. ilə barışıq cəhdinə mane olmur, lakin xanım müğənninin boşanmaq fikri qətidir.

"Boğulan saman çöpündən də yapışar" deyirlər, ər də mənəvi dünyasındakı burulğanları sakitləşdirmək üçün son ümidini reallaşdırmağa çalışır.

Ancaq sən demə şüuraltında ehtiyat variant - B planı da mövcud olub. Bu isə şüurunun dərinliyində gizlənən qətl planıdır.

Ər qərara alır ki, arvadı ilə barışmaq üçün son cəhdini əsirgəməsin, onun müğənni kimi fəaliyyət göstərməsi üçün münasib obyekt axtarışına çıxır. Onun nəzərində uyğun restoran tapır.

Ər arvadına yüksək maaş veriləcəyi təəssüratını yaratmaq üçün restoranın administratoru ilə danışıqlara girməyi hədəfləyir. K. administratorla belə razılaşmaq niyyətində imiş ki, restoranın onun arvadına yüksək məbləğ verəcəyini desin. Ər Ş.-ya hansı məbləğdə pul vermək təklif edilərsə, dəyərindən artıq olan xərcin ödənməsini öz üzərinə götürməyi planlayırmış.

2020-ci ilin sentyabrın 2-də ər administratora zəng edir, yaxşı bir müğənni olduğunu deyir, bunun üçün onlardan görüş istəyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi