Çilləri təmizləyəcək vasitələr
Çillər xüsusilə yaz aylarında, günəş şüalarının təsiri ilə yaranır. Adətən, saçları kürən və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir.
Xəbər verilir ki, dəridə melanin ifraz edən melanosit hüceyrələri dərini yanmaqdan qoruyur. İnsan günəş şüaları altında nə qədər uzun müddət ərzində qalarsa, melanosit hüceyrələri bir o qədər melanin ifraz edər və nəticədə isə dəri daha çox qaralar. Bəzən isə bu hüceyrələr dəridə qeyri-bərabər paylanmır və lazım olduğundan daha çox ifraz olunur. Nəticədə də ləkələr yaranır. Bəzi mütəxəssislər belə ləkələrdən qurtulmağın mümkünsüzlüyünü bildirsələr də, bunun əksini deyənlər də az deyil.
Sizə çillərlə ev şəraitində mübarizə aparmağın yollarını açıqlayacağıq.
Cəfəri kökünü qaynadaraq limon suyu ilə qarışdırın. Bu su ilə üzünüzü səhər və axşam silin.
2 x.q kök suyuna 20 damcı limon suyu əlavə edilir. Gün ərzində üz dərisi 2-3 dəfə silinir. 20 dəqiqə sonra su ilə durulanır.Axşam.az-