Ağdama getmək istəyənlərin nəzərinə!
Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb.
Azia.az xəbər verir ki, E. Hüseynov bu barədə tvitter hesabında məlumat yayıb.
O bildirib ki, səfərə qatılmaq üçün [email protected] elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVİD pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur: "Şəhid ailələri, qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir”.
Qeyd edək ki, ötən gün bir qrup Ağdam sakini ilk dəfə olaraq öz şəhərlərinə səfər ediblər.