azia.az
azia.az

Türk F-16-ları Polşa səmasında-VİDEO

29-08-2021, 10:47

Türk F-16-ları Polşa səmasında-VİDEO
Türkiyə F-16 qırıcıları Polşa Aviasiya bayramı münasibətilə bu ölkənin səmasında uçuşlarını davam etdirir.
Xəbər verilir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Polşa Müdafiə Nazirliyi Tvitter hesabında qırıcıların uçuşu ilə bağlı yeni video paylaşıb.

Video qısa zaman ərzində izləyicilər tərəfindən çoxsaylı bəyənmə qazanıb.

Qeyd edək ki, 4 ədəd türk F-16 qırıcısı gücləndirilmiş NATO hava polisi (BILOXO) missiyası çərçivəsində Polşanın Malbork şəhərindəki hərbi bazada sentyabrın sonuna kimi fəaliyyət göstərəcək."Ölkə.az"


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi