Polşa Müdafiə Nazirliyi: Smolensk faciəsinə dair hesabat saxtalaşdırılıb
Bakı-APA. 2010-cu ildə baş nazir Donald Tuskun (hazırda Aİ-nin sədri) rəhbərlik etdiyi hökumətin prezident Lex Kaçinskinin həlak olduğu Smolensk faciəsinə dair təqdim etdiyi hesabat saxtalaşdırılıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Polşanın müdafiə naziri Antoni Matsereviç bildirib.
“Tusk nəinki istintaqın gedişatına, həmçinin, dövlət qurumlarının istənilən qərarına tam nəzarət edir. Bundan sonra isə bəyan edir ki, bu işdə hər şeyə görə tam məsuliyyət daşıyır, lakin hesabat saxtalaşdırılmışdır, belə bir hesabatın saxtalaşdırılması müvafiq fəsadlara səbəb olmalıdır”, - deyə o bildirib.
Müdafiə naziri bu açıqlamanı hakim partiya deputatının Tusku məhkəməyə cəlb etmək tələbinə dair suala cavabında bildirib.