azia.az
azia.az

Bakıda əfqan miqrantlar aksiya keçirməyə cəhd edib - RƏSMİ

23-08-2021, 13:01

Bakıda əfqan miqrantlar aksiya keçirməyə cəhd edib - RƏSMİ
Bakının Qış parkında Əfqanıstandan Azərbaycana gələn miqrantlar aksiya keçirməyə cəhd ediblər.

Azia.az xəbər verir ki, əraziyə polis əməkdaşları cəlb olunub və icazəsiz aksiya keçirmək istəyənlər ərazidən uzaqlaşdırılıb.

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirilib ki, aksiya icazəsiz olduğu üçün polislər Həmin şəxslərlə profilaktik söhbət aparıb.

“Aksiyada iştirak edənlər BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər.

Əraziyə polis əməkdaşları cəlb olunub və aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb”, - deyə məlumatda bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi