Mətbuatda Bakı Sosial Pedaqoji Kollecinin müəllimlərinin etiraz aksiyası keçirməsi barədə məlumat yayılıb.
Modern.az kollecdə nə baş verdiyini öyrənmək üçün Bakı Sosial Pedaqoji Kolleci ilə əlaqə saxlayıb. Bildirilib ki, kollecdə heç bir aksiya keçirilməyib.
“Müəllimlər aksiya keçirsəydilər, bizim də xəbərimiz olardı. Yayılan məlumatlar doğru deyil. Heç bir aksiyadan söhbət belə gedə bilməz”