Rus sülhməramlıları da gəldi: Qazaxın 7 kəndi qaytarılır?
Bu gün Əskipara kəndinə Rusiya sülhməramlıları, Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçuları və digər rəsmi şəxslər gəlib.![]()
Xəbər verilir ki, bu barədə erməni jurnalist Voskan Sərkisyan yerli mənbələrə istinadla məlumat yayıb.
Erməni jurnalistin sözlərinə görə, hazırda Tavuş rayonundakı Azərbaycan anklavlarının geri verilməsi prosesi gedir:
"Əvvəllər də biz bildirirdik ki, SSRİ-nin xəritəsi Tavuşda da istifadə olunarsa, biz Əskipara strateji yolundan daha istifadə edə bilmərik. Azərbaycan bütün yolu öz nəzarətinə götürəcək, çünki SSRİ-nin xəritəsinə görə, bura onların ərazisidir".
Erməni jurnalist bildirib ki, Əskipara ilə bərabər, daha bir neçə kəndin də geri veriləcəyi gözlənilir.
Qeyd edək ki, Qazaxın 7 - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli - kəndlərinin, o cümlədən Naxçıvanın Sədərək rayonuna aid Kərki kəndinin geri qaytarılması aylardır müzakirə edilir.