azia.az
azia.az

Vilayət Eyvazovun rütbə verdiyi idmançı İŞDƏN ÇIXDI

20-08-2021, 17:38


Məlumata görə, avqustun 6-da təyin olunduğu döyüş sambosu üzrə Azərbaycan milli komandasının baş məşqçisi postdan öz ərizəsi ilə istefa verib.
Vilayət Eyvazovun rütbə verdiyi idmançı İŞDƏN ÇIXDI
Məlumata görə, B.Abbasov Azərbaycan Sambo Federasiyasının prezidenti, polis polkovnik-leytenantı Ceyhun Məmmədova şəxsən müraciət edib. O müraciətində bildirib ki, idmançı kimi karyerasını davam etdirmək niyyətindədir.
Bundan sonra qurum daxildə iclas keçirilib və Bəxtiyar Abbasovun istefa ərizəsi qəbul edilib.

Xatırladaq ki, bir neçə gün öncə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin Baş əməliyyat müvəkkili işləyən B.Abbasova vaxtından əvvəl polis kapitanı rütbəsi verilib.

O döyüş sambosu üzrə millimizin üzvlərindəndir. B.Abbasov WMMAF versiyasına görə MMA üzrə ikiqat dünya çempionu, PROFC-GPG çempionu, pankration, ciu-citsu, əlbəyaxa döyüş üzrə dünya çempionudur.Unikal.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi