azia.az
azia.az

İdeal qadınlar keçəl olub, Eynşteyn niyə corab geyinmirdi və BAŞQA MARAQLI FAKTLAR

19-08-2021, 09:09

İdeal qadınlar keçəl olub, Eynşteyn niyə corab geyinmirdi və BAŞQA MARAQLI FAKTLAR
İdeal qadınlar keçəl olub, Eynşteyn niyə corab geyinmirdi və BAŞQA MARAQLI FAKTLAR
Hazırda oxunan: İdeal qadınlar keçəl olub, Eynşteyn niyə corab geyinmirdi və BAŞQA MARAQLI FAKTLAR
Bizim eradan əvvəl 1500-cü ildə keçəl baş qadın gözəlliyinin idealı idi. Belə ki, Misir qızları başları parıldayana qədər saçlarını qırxır və qoyun quzusundan, ya da bitkidən parik taxırdılar.

Bizim.Media növbəti maraqlı faktları təqdim edir:

Yer Kürəsi hər gün 60 ton ağırlaşır.

İnsanları yuxudan oyandırmaq üçün qurulan ilk saatlar yalnız saat 4:00-də zəng çalırdı. “Budilnik” ilk dəfə 1787-ci ildə amerikalı Levi Xatçinson tərəfindən icad olunub. Lakin zəngli saatı o sırf özünə düzəltdiyi üçün aparat saat 4:00-də həyəcan siqnalı verməklə onu oyadırdı ki, işə gecikməsin.


MÖVZU İLƏ BAĞLI:

Dünyada başını çevirmədən arxanı görən iki canlı mövcuddur… - MARAQLI FAKTLAR


Dəvə sözü gözəllik sözündən yaranıb. Çünki ərəblərin “camal” sözü hər iki mənanı ifadə edir. Amma ərəblərdə dəvə sözünə sinonimlərin çoxluğunu da nəzərə almaq lazımdır.

1865-ci il yanvarın 31-də rus vodkasının doğum günüdür. Həmin gün Mendeleyev özünün məşhur “Spirtlə suyun qarışdırılması” doktorluq disertasiyanı müdafiə edib.

Atlar dayanaraq yata bilir, lakin uzanmadan yuxu görə bilmirlər.

Eynşteyn corab geyinmirdi. O bunu belə izah edib:

“Uşaq vaxtı corab geyinəndə baş barmağımının deşikdən çıxdığını görürdüm deyə bir də corab geyinmədim.

Əgər ikisindən biri pis görünmürsə, ayaqqabını corabla geyinməyin nə mənası var?”

Qızlar həyatları ərzində makiyaja 10 illərini sərf edirlər.

Alkoqol radiasiyadan qoruyur. Pivə və başqa spirtlilərin yarım litri radiasiyanın 34 faiz xəsarətindən mühafizə edə bilir.

Yeni Zellandiyada yırtıcı tutuquşular var. Kealar quzu da ovlaya bilir.

Bananın ətiri arıqlamağa kömək edir. Alma ilə şaftalı aromatı da bu cürdür.


ABŞ-ın 39-cu prezidenti Cimmi Karter bir dəfə kimyəvi təmizləməyə yolladığı pencəyinin cibində nüvə raketlərinin kodlarını unudub.


Anatidaefobiyadan əziyyət çəkənlər, elə bilirlər ki, dünyada onları izləyən bir ördək var.

Məsciddə qala bilən yeganə heyvan pişikdir. Onların ən təmiz heyvan olduğu bəllidir, hətta islam hədislərində pişiyin içdiyi su ilə dəstəmaz almağın da normal olduğu yer alıb. Əsas səbəb kimi Məhəmməd peyğəmbərin pişikləri çox sevdiyi göstərilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi