Qadınların fikrincə ən ideal penis ölçüsü bəlli oldu
Kişiləri narahat edən ən əsas sual Kainatın sirrlərinin araşdırılması, ideal silahın yaradılması deyil, qadınların penis haqda düşüncələri ilə bağlıdır.
Nəyə inanaq? Həqiqətəndə mi onun ölçüsü əhəmiyyət kəsb etmir? Yoxsa edir? Alimlər tərəfindən hesablanan orta ölçü azdır ya çoxdur? Və, ən əsası, qadınlar bu barədə nə düşünür?
İki il öncə alimlər qadınlar arasında bu barədə sorğu aparıb. Lakin o zaman mütəxəssisləri ümüumi xarakteristika və, belə deyək, eksteryer maraqlandırırdı. Onu da nəzərə almaq lazımdır ki, qadınlar qeyd etmişdilər ki, penisin ölçüsü onlar üçün əhəmiyyətli kateqoriya sayılmır.
Biz də inandıq…Təsəvvür edin ki, hansısa qız rəfiqəsinə ərinin və ya sevgilisinin xayalarının nə formada olduğundan və s. bəhs edir. Bu, əlbəttə ki, gülüncdür.
Buna görə də, Kaliforniya Universitetinin alimləri bu məsələni çpxmək üçün 18-35 yaş arası 75 heteroseksual qadın arasında müvafiq sorğu aparıb. Lakin bu dəfə onlara 33 dənə 3D penis modeli göstəriblər. Qadınlar isə onların arasında ən cəlbedici penisi seçməli olublar.
Ağlama, amma ən çox rəğbət qazanan penisin uzunluğu 16,4 santimetr təşkil edib.
Lakin bir dənə balaca fərq var. Qadınlar bu uzunluqda penisi bir gecəlik seks üçün ideal sayıblar. Uzun münasibətlər üçün isə onlar 15 santimetrlik penislərə üstünlük verirlər. Alimlərin buna izahı var.
Qadınların seçimi münasibətlərin konteksti ilə bağlıdır. Bir gecəlik seksdə onlar dolğun hisslər və bir az da ekstrim axtarırlar. Ona görə də uzun penisin törədə biləcəyi diskomforta belə razılaşırlar. Gündəlik və ya həftədə bir neçə dəfə seksdən ibarət daimi münasibətlərdə isə üstünlük rahatlığa verilir.
Ona görə də, əgər sənin penisin “bir gecəlik” deyilsə, deməli sən uzunmüddətli münasibətlər üçün ideal namizədsən.