Azərbaycanda gənc qıza ağılasığmaz işgəncə verildi - FOTOLAR
Azərbaycanda 18 yaşlı qız anası və qardaşı tərəfindən ağır fiziki işgəncələrə məruz qalıb.![]()
Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
Onun sözlərinə görə, artıq hadisə ilə bağlı cinayət işi başlanılıb:
"18 yaşlı qız evdə anası və qardaşı tərəfindən zorakılığa məruz qalıb. Onun əl-qolunu bağlayaraq bıçağı qızdırıb bədəninə basıblar. Uşaqlıqdan bu işgəncələrə birtəhər dözən qız sonda evdən çıxaraq polisə müraciət edib. Hazırda xanım sığınacaqdadır. İşgəncə faktı üzrə cinayət işi başlanılıb".