azia.az
azia.az

Azərbaycanda dəhşət - ər arvadını hərəkətdə olan avtomobildən yola atdı

8-08-2021, 15:16


Şabran rayonunda qadın əri tərəfindən zorakılığa məruz qalıb.
Azərbaycanda dəhşət - ər arvadını hərəkətdə olan avtomobildən yola atdı
Azia.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Məliklər kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Natavan Xalid qızı Sarxanova xəsarətlərlə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona hər iki yuxarı və aşağı ətrafların, qarının sıyrılmış yaraları və göz ətrafının hematoması diaqnozu qoyulub.

Qadın xəstəxanada bildirib ki, yaranan mübahisə zəminində həyat yoldaşı tərəfindən hərəktədə olan avtomobildən yola atılıb.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi