azia.az
azia.az

Azərbaycanda kişi özündən 20 yaş gənc arvadını bıçaqladı

6-05-2016, 12:54

Azərbaycanda kişi özündən 20 yaş gənc arvadını bıçaqladı Cəlilabadda kişi övladının gözü qarşısında arvadını bıçaqlayıb. Rayonun Polis İdarəsindən verilən məlumata görə, rayonun Maşlıq kənd sakini 1967-ci il təvəllüdlü Vaqif Əliyev aralarında yaranan şəxsi mübahisə zəminində həyat yoldaşı 1987-ci il təvəllüdlü Aygün Soltanovaya çoxsaylı bıçaq zərbələri endirib. Hadisə şəhərin Heydər Əliyev Seyrəngahı ərazisində baş verib. Ağır bədən xəsarətləri alan qadın dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirdilər ki, qadının üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti ağır qiymətləndirilir.
Hadisə qısqanclıq zəminində baş verib.
Yerli polisin həyata keçirdiyi istintaq tədbirləri nəticəsində hadisəni törədən əvvəllər də bir neçə dəfə məhkum olunmuş Vaqif Əliyev tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Bənzər hadisə bir neçə gün əvvəl də Sumqayıtda baş verib. Azərbaycanda kişi həyat yoldaşını qətlə yetirib. Şəhərdə yaşayan Elməddin Abışov mənzilində arvadı Elnarəyə bıçaqla xəsarət yetirib. Ağır bədən xəsarətləri alan qadının həyatını xilas etmək mümkün olmayıb.
E.Abışov könüllü olaraq 1-ci PB-yə gələrək təslim olub. Həmin hadisə də qısqanclıq zəminində baş verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi