"Nəvə toyunda" rəqs edən çəhrayı libaslı qadın bu liseyin direktorudur - VİDEO
Azia.az-ın məlumatına görə, AzTimes.az xəbər verir ki, Ramiz Mehdiyevin nəvəsi üçün Novxanıdakı bağ evində təşkil etdiyi toy məclisində Xətai rayon Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova da iştirak edib. O, çəhrayı libasda olub.
Sevinc Orucova qonaqlarla birlikdə toy məclisində rəqs edib. Xatırladaq ki, Sevinc Orucovanın rəhbərlik etdiyi liseydə qanunsuzluqlar barədə vaxtaşırı mediada vətəndaş şikayətləri ictimailəşdirilib.