azia.az
azia.az

“Karqo Şamil” də Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib - İddia

30-08-2020, 15:04


AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu Azərbaycan cəmiyyətində əsl MÖVQE göstərisi oldu.

Mərhum Prezident Heydər Əliyev tez-tez deyərdi ki, MÖVQEyini qoy ortaya. Bəli, cəmiyyətdə mövqeyin olmalıdır. Bax məlum toy da cəmiyyəti seçim qarşısında qoydu:
“Karqo Şamil” də Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib - İddia
Hansı tərəfdəsən? Toyda iştirak edənlərin bir çoxu səhv etdiklərini, başa düşmədiklərini, aldandıqlarını bildirir. Ancaq toyun çox qısa hissəsi yayıldığı üçün xeyli şübhələr var. Ki, toyda daha çox tanınmış iştirak edib.

Əlbəttə, əlimizdə daşdan keçən fakt olmadığı üçün bunlar hamısı gümanlardır. Redaksiyamıza daxil olan məlumata görə, Ramiz Mehdiyevin nəvəsinin toyunda Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi, “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərov da iştirak edib.

Məlumat üçün qeyd edək ki, “Karqo Şamil” Bakıda binalar ucaldan iş adamı, Çindən yükdaşımalara sahiblik edən sahibkar kimi cəmiyyətdə tanınır. Bir də mediaya hərdən basqısı ilə yadda qalıb. “Karqo Şamil”in məlum toyda iştirakı isə onun Ramiz Mehdiyevin çevrəsi ilə yaxın olmasından irəli gəlir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(gundelik-baku.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi