İsmayıllıda Zərifə Əliyeva adına olan istirahət mərkəzində biabırçılıq-Foto-Video
İsmayıllıda turizmin inkişafına geniş imkanlar var. Rayonumuzda bütün park və biyabanlar abadlaşdırılıb və adama gəl-gəl deyir. Bu kimi boğazdan yuxarı sözləri çox, lap çox eşitmişik.
Bəli, İsmayıllıda günü-gündən inkişaf edən yalnız məmurların şəxsi büdcəsi və əldə etdikləri mal-mülkdür. Əslində yalanlar hələ ki,burada ayaq açıb yeriyir. Heç bilirsiniz burada məmurlar yalanı necə danışırlar? Adamın gözünün içinə baxa-baxa yalan danışır, hətta ALLAHA da and içirlər. Hərdən adama elə gəlir ki,iraq yaxşılarından, məmurların Allahı yoxdur, onların ALLAHı puldur.
Baxın dövlətin inkişafından danışıb baş-beynimizi yoranlar. Rayonun ən çox əhalisinin yığılan yeri, hətta rayonumuza gələn qonaqların da yığışdığı park nə gündədir? Eyni zamanda həmin ərazi konsert verəcək bir yer kimi nəzərdə tutulmuş.
Deyəsən rayonumuzda üstü bəzək, altı təzək olan çox şeylər, çox yerlər var. Ümidvarıq ki, əlaqədar qurumlar tərəfindən tədbir görüləcək.
Elçin İsmayıllı //azerinfo.az//