Pirverdiyev haqqında İLGİNC İDDİA... - HƏBS OLUNA BİLƏR...
İki gün öncə, daha dəqiq desək, 19 iyun 2021-ci il tarixdə Azərenerji ASC-nin keçmiş sədri Etibar Pirverdiyev Xaçmaz rayonunun Çarxı kəndi ərazisində yerləşən 400 hektar torpaq sahəsini satıb.
Həmin torpaq sahəsi 1 milyon 600 min manata satılıb.
Qeyd edək ki, Etibar Pirverdiyev həmin ərazini 20 il bundan öncə uzunmüddətli icarəyə almışdı.
Bu, əslində sözün bitdiyi yerdir.
Dövlət işində çalışan və konkret 1500-2000 manat maaş alan bu adam 400 hektar torpağı necə ələ keçirib? Azərbaycan xalqının torpağını 1, 6 milyona satır və cibinə qoyur.
İkinci fakta nəzər salaq:
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Etibar Pirverdiyevin həyat yoldaşı, Bakının Ə.Naxçivani küçəsində qeydiyyatda olsn 1964-cü il təvəllüdlü Pərvanə Pirverdi Həcəmməd qızı Gürcüstanda fəaliyyət göstərən ESKO LTD şirkətinin 3 təsisçisindən biridir. Və milyonluq tenderləri udur.
Görəsən, bu xanım hansı pulların hesabına xarici ölkədə şirkət açıb, milyonlar qazanır.
Əlbəttə, ərinin Azərbaycan dövlətindən oğurladığı yüz milyonların hesabına.
Üçüncü fakta nəzər salaq:
Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva, keçmiş rabitə naziri Əli Abbasovun gəlinidir.
Əli Abbasovun oğlu Eldar Abbasov və həyat yoldaşı Dünya xanım Londonda bir neçə şirkətə sahibdirlər.
İki məmurun xalqdan oğurladığı yüz milyonlar bu gün Londonun biznes dairələrində fırlanır.
Ünvanları da budur :
INFIPRO LIMITED şirkəti hələ ötən il aprelin 21-də Londonda qeydiyyatdan keçirilib və 10735266 saylı lisenziya alıb.
Rəsmi qeydiyyat ünvanı kimi Eldar Abbasova məxsus BİTTOP şirkətinin ünvanı göstərilib: 40 Bloomsbury Way, London, United Kingdom, WC1A 2SE.
Dördüncü fakt:
Etibar Pirverdiyev Qusarda dəyəri milyonlar olan torpaq sahələri və fındıq bağları alıb. 300 hektardan artıq sahə kənd sakinlərinə məxsus olub.
Etibar Pirverdiyevin dəvə fermaları, Xudatdakı bazarı, Şabran, Xaçmaz rayonlarındakı iri təsərrüfatları da var.
Ümumiyyətlə, Azerenerjiyə ayrılan dövlət vəsaitlərinin miqdarı-miqyası insanı heyrətə gətirir. Bu pullar hara gedib ?
Əlbəttə, Etibar və onun kimi məmurların cibinə.
Təkcə “Bayraq Meydanı”nın tikintisindən Etibar Pirverdiyev milyonlar qazanıb. Bəli, həmən meydanı Etibara məxsus şirkət inşa edib və 1 il sonra “remont”a dayanıb.
Etibar Pirverdiyev Mingəçevir İES-də baş verən qəzaya görə, Azərbaycan dövlətinə 500 milyon , yəni yarım milyard ziyan vurub. Bunu ödədimi ? Əlbəttə, yox.
"Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyev indi də Qusar stadionunu, Ekspress bankı satmağa hazırlaşır.
Ümumiyyətlə, bu Etibar Pirverdiyev kimdir ?
10 il Azərbaycanda olmayan bu adam qəfil peyda olur və 2000-ci ildə Dövlət Əmlak Komitəsində özəlləşmə şöbəsinin müdiri olur. Qısa vaxtdan sonra “Bakıelektrikşəbəkə” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində, 1 il sonra "Azərenerji" ASC-nin prezidenti təyin edilmişdir.
Bir adamın belə sürətlə vəzifədə irəliləməsi, yüz milyonlar qazanması və ölkəni 2 gün zülmətə qərq etməsi sadə məsələ deyil. Yəqin ki, bütün bunlar araşdırılacaq.
Və Etibar Pirverdiyev haqlı cəzasını həbsxanada çəkməli olacaq. //gundelik-baku.com//