Əli Abbasovun oğlunun Avropada daha bir şirkəti (FOTOFAKT)
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlunun Avropada daha bir şirkətinin olduğu üzə çıxıb.
Teref.az xəbər verir ki, bu barədə müstəqi araşdmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
O bildirib ki, keçmiş nazir Əli Abbasovun oğlu Eldar Abbasovun İsveçrədəki şirkəti – LENDED AG 50 000 frank nizamnamə kapitalı ilə 2018-ci il sentyabrın 13-də qeydiyyatdan keçib. Şirkət (qeydiyyat nömrəsi CH-170.3.042.824-2) informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir, İsveçrənin Zug şəhəri, Bahnhofstraße 32 ünvanında hüquqi qeydiyyatdadır.
Onun sözlərinə görə, 2019-cu ildə şirkətin nizamnamə kapitalı iki dəfə artılaraq 100 min franka (təxminən 200 min manat) çatdırılıb və CAPİTERA AG adı ilə yenidən qeydiyyatdan keçib. Səhmdar Cəmiyyətdə keçmiş nazirin oğlunun ortağı Peter Szakolczai adlı Macarıstan vətəndaşıdır.
Eldar Abbasov Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutur, keçmiş "Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevin kürəkənidir. Bundan əvvəl Eldar Abbasovun Türkiyədə nizamnamə kapitalı 1 milyon lirə olan şirkəti üzə çıxmışdı. Onun Londonda 4 şirkəti də (INFIPRO LIMITED, JDE CAPITAL LTD, JDE TRADING LIMITED və BITTOP LIMITED) fəaliyyət göstərib, bunlardan yalnız həyat yoldaşının adına rəsmiləşdirilmiş JDE TRADING LIMITED hazırda fəaliyyətini davam etdirir.
Qarçı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az