Səmranın lüt bədəninə geydiyi pencək qəzəbləndirdi - FOTO
"Kişinizin məndən xoşu gəlir deyə mənə nifrət eləmək lazımsızdır. Ondansa mənə minnətdarlıq edin ki, o mənim heç vecimə də deyil".
Azia.az "bizim.media"ya istinadən xəbər verir ki,bu sözləri model Səmra Hüseynova "Instagram" hesabında bölüşdüyü şəklin başlığında qeyd edib. Həmin fotoda o, lüt bədənə pencək geyinib və şərfi də boynunu tutub.
Onun bu çılpaqlıq hesabına pencək nümayişi bəlkə də adi qarşılanardı, amma yazdıqları xanım, hətta kişi istifadəçilərin qəzəbinə səbəb olub. Şəklin altına yazılan rəylərdən bəziləri belədir:
"Sənə tamah salan elə sənin günündədir. Ya sən, ya adi taxta ne fərqiniz var. Özün özünə təsəlli verirsən deyəsən"
"Sadiq kişilər öz həyat yoldaşı ola-ola başqasına baxmaz, sənin ağlın iki üzlü alçaq insanlara gedib"
"Yazıq, özün özünə təskinlik verirsən deyəsən. Çox acınacaqlı haldasan."
Lakin onu da deyək ki, modelin izləyicilərindən bir qismi də sırf Səmranın gözəlliyindən, möhtəşəm görünməsindən yazıblar. Hər halda fotoya baxaraq özünüz qərar verin:
Məqaləyə dair fotomateriallar: