Özünə RAHAT, müştərilərə NARAHAT olan Rahat Telekom - Sumqayıtda Rahat Telekom internet provayderi göstrmədiyi müştəriləri belə soyur İDDİA
"Salam sizə şikayətim Rahat Telekom internet provayderindəndir. Mən Sumqayıt şəhəri 9-cu mk/rayon Kristal Abşeron yaşayış kompleksində yaşayıram. Bizim yaşadığımız binada uzun illərdir ki, Rahat Telekom adlı internet provayderi yaşayış kompleksində Fiber optik xətt üzərindən bütün sakinlərə internet və TV xidmətləri göstərir."
Teref.az əbər verir ki, bunu redaksiyamıza şikayət məktubu ilə müraciət edən Sumqayıt şəhəri 9-cu mk/rayon Kristal Abşeron yaşayış kompleksində Royal Həsənzadə yazır. Daha sonra şikayətçi məktubunda yazır:
"Məsələ burasındadır ki, illərdir məndə daxil olmaqla binada yaşayan bütün istifadəçilər bu şirkətin bərbad və yarıtmaz fəaliyyətindən keyfiyyətsiz xidmətlərindən təngə gəlib. Şirkət bizə 20 manat pul qarşılığında 15 Mb/t internet sürəti verməlidir. Lakin aldığımız sürət 1Mb/t-dən artıq deyil. Ümumiyyətlə internetdən istifadə etmək mümkün deyil. Dəfələrlə call center-ə şikayət etsəkdə modemə yeniləmə verdik modemi söndürün yandırın yenidən yoxlayın cavabından başqa heç bir tədbir görmürlər. İnternetdən əlavə tez-tez TV-də heç bir kanal göstərmir və biz saatlarla TV izləyə bilmirik.
Ən acınacaqlısı isə budur ki, Kristal Abşeron rəhbərliyi bu şirkətdən başqa yaşayış kompleksində heç bir internet provayderi və kabel operatorunun fəaliyyət göstərməsinə imkan vermir. Yəni Rahat Telekom bütün yaşayış kompleksini öz inhisarına alıb.
Təsəvvür edin bizim müştəri olaraq xidmətlərindən məmnun qalmadığımız bir şirkətin xidmətlərindən imtina edib başqa bir şirkətin xidmətlərindən istifadə etmək imkanımız yoxdur. Məhz elə buna görədə Rahat Telekom bizim onsuzda başqa şirkətin xidmətlərinə qoşula bilməyəcəyimizi bildiyi üçün problemlə bağlı heç bir tədbir görmür və biz internet xidmətinə aylıq 20 manat, TV xidmətinə isə 9 manat ödəyib heç bir xidmətdən istifadə edə bilmirik. Bizim isə itirdiyimiz aylıq ödədiyimiz pullar aldığımız isə əsəbdir. Sağolun.
Royal Hesenzade"
Teref.az olaraq bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq!