Faktla bağlı cinayət işi başlanıb
Abşeron rayonunun Xırdalan şəhərində fəhlə hündürmərtəbəli binadan yıxılaraq ölüb. Bədbəxt hadisə "AAAF Park" yaşayış kompleksi ərazisində qeydə alınıb.
Həmin yerdə tikilməkdə olan binada fəhlə işləyən 1991-ci il təvəllüdlü, Süleymanlı Babək Qorxmaz oğlu 11-ci mərtəbədən yerə yıxılıb.
Faktla əlaqədar Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.(report)