Fransada azərbaycanlı mühacirləri qanunsus işlərə cəlb edən qruplaşma aşkarlandı

Fransanın şimal-qərbindəki Rannes şəhərində Azərbaycandan gedən mühacirləri qeyri-leqal çalışdıran və onların hesabına milyonlarla avro qazanan mütəşəkkil qruplaşmaya qarşı əməliyyat keçirilib. Virtualaz.org “Euronews”a istinadən xəbər verir ki, 12 nəfərlik qruplaşmanın 3 üzvü barəsində həbs qətimkan tədbiri çıxarılıb, qalanları polis nəzarətinə verilib.![]()
Prokurorluq bildirir ki, həmin qruplaşma üzvləri saxta şirkətlər yaradaraq çirkli pulların yuyulmasını həyata keçirib. Qruplaşmaya daxil olan, Nantes şəhərində yaşayan Türkiyə vətəndaşı isə Azərbaycan və Türkiyədən saxta sənədlərlə qeyri-leqal mühacirlərin Fransaya aparılmasını, orada qanunsuz yollarla işlətdiyi və onlara qalmağa yer təşkil etdiyi bildirilir.
Şübhəlilər 2018-ci ildən bu yana 4 fərqli şirkət üzərindən bu fəaliyyətləri həyata keçiriblər. Onlar 2018-2021-ci illərdə 4 milyon avrodan çox vəsaiti əsasən Türkiyədəki bank hesablarına ötürüblər. Bundan bir neçə gün əvvəl Fransa polisi ölkənin şimal bölgələrində əsasən tikintilərdə işləyən bir qrup qeyri-leqal mühaciri saxlamışdı.