azia.az
azia.az

"Məzun evi"nin direktoru Rza Əhmədov haqda ilginc məlumatlar yayıldı - Heybət İmanova arxalanaraq var-dövlət sahibinə çevrilib

15-03-2021, 11:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" sosial müəssisəsinin direktoru Rza Əhmədovla bağlı fesbook sosial şəbəkəsinin “Beyləqan Xəbərlər”i səhifəsində qalmaqallı məlumatlar yayılıb.
"Məzun evi"nin direktoru Rza Əhmədov haqda ilginc məlumatlar yayıldı - Heybət İmanova arxalanaraq var-dövlət sahibinə çevrilib
Teref.az xalqxeber.az-a istinadən xəbər verir ki, yayılmış məlumatda Rza Əhmədovun "Məzun evi"nin direktoru olduqdan sonra var-dövlət sahibinə çevrilməsi bildirilir.
Səhifə Rza Əhmədovun "Məzun evi"ə keçən ilin iyul ayında təyin edildiyini və onun 8 ayda qəflətən varlanmasının arxasında bəzi qaranlıq məqamların dayandığını iddia edir. Məlumata görə vaxtı ilə Səlim Müslümov tərəfindən yol verdiyi ciddi nöqsanlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qovulan Rza Əhmədov nazir Sahil Babayevin dövründə yenidən nazirlikdə peyda oldu. Rza Əhmdəovun ƏƏSMN-də peyda olmasının səbəbkarı isə onun yaxın dostu, himayəçisi Heybət İmanovdur. Bildirək ki, Heybət İmanov hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin Daxili nəzarət və audit şöbəsinin müdiri işləməklə bərabər həmdə nazrilikdə əsas söz sahiblərindən biridir. Heybət İmanov nazirliyə gələn kimi Rza Əhmədovuda özü ilə bərabər gətirdi və onu qurumun şöbələrini yoxlamaq üçün yaratdığı “komanda”nın əsas üzvü elədi. Məlumata görə Rza Əhmədov nazirliyin rayon və şəhər şöbələrini yoxlayan zaman ortaya çıxan bəzi ciddi nöqsanları külli miqdar rüşvət qarşılığında bağlayıb. Belə ki, ortaya çıxan ciddi nöqsanlara görə Rza Əhmədovun “yoxlama heyyət”i DSMF-nin şöbə və sektor müdirlərinin cinayətlərini prokroluq orqanlarına göndərməyəcəyi müqabilində yaxşıca hesab yığıblar. Bu minvalla Səlim Müslümovun dövründə korrupsiyaya qurşanmış onlarla DSMF işçisi dövlətə dəymiş ziyanın bir hissəsini ödəməklə və Rza Əhmədovunda hesabını verməklə canlarını qutarıblar. Səhifə iddia edir ki, Rza Əhmədov yaxın çevrəsində aldığı pulların 70 faizini Heybət İmanova verdiyini bir neçə dəfə deyib.

Məhz Rza Əhmədovun birdən birə ƏƏSMN-də strateji qurumlardan biri olan "Məzun evi"müəsissəsinə direktor təyin edilməsi onun Heybət İmanova olan “sədaqət”I ilə bağlı olduğu bildirilir.

Məlumatda qeyd edilir ki, Rza Əhmədov "Məzun evi"müəsissəsinə direktoru təyine dildikdən sonra Beyləqan rayonunda torpaq sahələri alıb və özünə yaxın adamının adına böyük fermer-təsərrüfat yaradıb. Bundan başqa direktorun Bakıda bir neçə bahalı mənzil əldə etdiyidə deyilir. Görünür Rza Əhmədov yoxlamalardan qazandığı pulları direktor olduqdan sonra rahat şəkildə üzə çıxartmaq qərarına gəlib. Digər iddialara görə Rza Əhmədov "Məzun evi"müəsissəsindədə ayda yaxşı qazanc əldə edir. Belə ki, director hazırda bəzi yaxın adamlarının adını "Məzun evi"müəsissəsində müxtəlif işçi kimi yazaraq onların əmək haqqı kartlarını özünə götürür.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Növbəti yazımızda Rza Əhmədovun "Məzun evi"müəsissəsinda hansı əməllərdən çıxması barədə oxucularımıza daha ətraflı məlumat verəcəyik. Bizi izləmək davam edin.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi