azia.az
azia.az

Göyçay məktəbi: məzun milyarder olub 50 il sonra parta arxasına geri dönəndə...

18-05-2019, 11:05

Göyçay məktəbi: məzun milyarder olub 50 il sonra parta arxasına geri dönəndə...
Göyçay şəhərinin 2 saylı tam orta məktəbi maraqlı hadisəyə şahidlik edib. Məktəbi 1969-cu ildə bitirmiş məzunların bir qrupunun iştirakı ilə məzun gecəsi təşkil olunub, yəni düz 50 il sonra 2 saylı məktəbin məzunlarının bir qrupu yenidən bu təhsil ocağına geri dönüb.
Göyçay məktəbi: məzun milyarder olub 50 il sonra parta arxasına geri dönəndə...
50 il əvvəlki məzunların iştirakı ilə keçirilən görüşdə məktəbin pedaqoji kollektivi, təqaüdçü müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər.

Regional goycay.info agentliyi xəbər verir ki, tədbirə qatılanlar əvvəlcə məktəbin məzunu-şəhid Elton Əkbərovun xatirəsini anıblar, onun məzarı önünə əklil qoyublar.

Görüşün təşkil edilməsi məktəblə məzunlar arasında bağları qoruyub saxlamaq, 2 saylı məktəbin həyatda uğurlar, ad-san qazanmış məzunlarının nümunəsində şagirdləri gələcəyə ruhlandırmaq, onların təhsilə, məktəbə maraqlarını daha da artırmaq idi.

Belə ki, görüşə qatılan məzunlar arasında Azərbaycan əsilli rusiyalı milyarder və Rusiya Federasiya Şurasının keçmiş üzvü, Göyçaydakı “AzNar” QSC-nin sahibi, illərdir bu rayon da daxil olmaqla ölkəmizdə geniş xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Fərhad Əhmədov da vardı. O cümlədən 50 il əvvəlki məzunlardan Ramiz Cəfərov, Yaşar Əhmədov,Nailə Əhmədova, Yaqub Məmmədova, Fikrət İsmayilov, Əlhadı İsgəndərov, Elşad İmanov, Asif Seyidov, Ehtiram Zamanov, Rafiq Kərimov, Afaq Mustafayeva da görüşə qatılmışdı.
Göyçay məktəbi: məzun milyarder olub 50 il sonra parta arxasına geri dönəndə...
Məktəbin direktoru Fatma Həmidova deyib ki 50 il əvvəl məzun olanlar arasında Azərbaycnda tanınmış, ad-san qazanmış bir çox şəxslər var. Onlardan biri də Fərhad Əhmədovdur. Direktor F.Əhmədovun Göyçay rayonu və o cümlədən oxuduğu məktəb üçün gördüyü işlər haqda danışıb.
Göyçay məktəbi: məzun milyarder olub 50 il sonra parta arxasına geri dönəndə...
Daha sonra F.Əhmədov çıxış edib, 50 il əvvəl məzun olduğu bu təhsil ocağının onun şəxsiyyət və insan, iş adamı və ictimai-siyasi xadim kimi yetişməsində necə rol oynadığı haqda danışıb. Vaxtilə ona dərs keçmiş pedaqoqların xatirəsini necə əziz tutduğunu, onların zəhmətinin əvəzini heç vaxt ödəyə bilməyəcəyini deyib. Cənab Əhmədov şağirdlərə tövsiyəsində bildirib ki, gələcək həyatda uğurun təməli məhz məktəbdən, təhsildən başlayır. Ona görə də təhsilə çox önəm vermək, çox çalışmaq lazımdır.Tədbirdə rayon təhsil şöbəsinin müdiri Elnur İsmayılov və digər rəsmilər də çıxış ediblər.Göyçay məktəbi: məzun milyarder olub 50 il sonra parta arxasına geri dönəndə...
Sonra görüşə toplaşanlar bu təhsil ocağını əlli il əvvəl bitirən məzunların arxiv şəkillərindən ibarət albom və güşələrlə tanış olublar. Məzunlar 50 il əvvəl ilk dəfə dərs keçdikləri sinif otağına da keçiblər və hərəsi öz partasında yerlərini tutmaqla bir anlıq o günlərə qayıdıblar, məktəblə bağlı xatirələrini bölüşüblər. Müəllimlər də çıxışlarında məzunların məktəblə daim əlaqə saxlamalarını yüksək dəyərləndiriblər.
Tədbirdə şagirdlərin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Sonda məzunlar məktəbin ərazisində ağac və gül kolları əkdilər. Tədbirin təşkilatçısı olan “AzNar” şirkəti tərəfindən təhsil ocağına hədiyyələr təqdim olunub.Göyçay məktəbi: məzun milyarder olub 50 il sonra parta arxasına geri dönəndə...
Xatırladaq ki, həmin 2 saylı Göyçay şəhər məktəbi 2 il əvvəl cənab Əhmədovun ayırdığı vəsait hesabına əsaslı təmir edilib və yenidən qurulub. Bu məktəb 1932-ci ildə tikilmişdi və o vaxtdan bəri heç vaxt əsaslı təmir olunmamışdı. Əsaslı şəkildə yenidən qurulan məktəb 2017-ci ildə yeni dərs ili başlayanda şagirdlərin istifadəsinə verilib.
480 şagird yerlik bu məktəbin 3 tədris korpusunda, sinif otaqlarında, biologiya, fizika, kimya laboratoriyalarında, kitabxana, kompüter mərkəzində, tibb və hərb otaqlarında, idman və iclas zallarında nümunəvi şərait yaradılıb. Məktəb istilik sistemi, ehtiyat su hovuzları və transformatorla təchiz edilib. Məktəbin ətrafı abadlaşdırılıb, hasar çəkilib, yaşıllıqlar salınıb. Futbol, voleybol və basketbol meydançaları yaradılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi