azia.az
azia.az

“Azərişığ”ın iki vəzifəli şəxsi işdən qovuldu

15-01-2019, 14:01

“Azərişığ”ın iki vəzifəli şəxsi işdən qovuldu
Azia.az-ın məlumatına görə, buna səbəb onların vəzifə səlahiyyətlərini yerinə yetirdikləri zaman yol verdikləri nöqsanlardır.

Azərişıq ASC-nin Nərimanov rayonu üzrə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Həsən Həsənov, eləcə də bu rayonun elektrik şəbəkəsinin rəisi Səməd Mustafayev vəzifələrindən kənarlaşdırılıblar.

İşdən çıxarılan H.Həsənovun S.Mustafayevin yerinə, yəni aşağı vəzifəyə təyin edildiyi bildirilir.

"Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı açıqlama verməyib.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi