İcra başçısının oğlu işdən qovuldu
![]()
Ötən il sərt karantin rejimində Yasamal rayonunda keçirilən geniş əməliyyat zamanı vətəndaşlara qarşı fiziki təzyiqləri ilə gündəmə gələn Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şəhriyar Hüseynzadə işdən çıxarılıb. JAMAZ.İNFO xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə kapitan Şəhriyar Hüseynzadə xidmətdə törətdiyi nöqsanlara görə, dəfələrlə 30-cu Polis Şöbə və RPİ rəhbərliyinin iradlarından nəticə çıxarmadığına görə tutdugu vəzifədən azad edilib.![]()
Qeyd edək ki, Ş. Hüseynzadənin atası Ağcabədi rayon icra başçısı Rafil Hüseynov, qayınatası isə Suraxanı Rayon İcra başçısı Əziz Əzizovdur. O, Yasamal RPİ-nin əməkdaşı olub, həmin hadisədən sonra isə Suraxanıya göndərilib.
O, həmin hadisələr zamanı vətəndaşın mənzilinə daxil olaraq təqsirləndirilən şəxsin yarıçılpaq vəziyyətdə aparılması haqda göstəriş vermişdi.