azia.az
azia.az

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində etiraz aksiyası

9-02-2021, 03:05



Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Daştəpə kəndində etiraz aksiyası keçirilib.

“Report” xəbər verir ki, bir qrup sakin kənddə mövcud olan problemlərin illərdir həll olunmamasından şikayət ediblər.
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində etiraz aksiyası
Onların sözlərinə görə, Daştəpə suvarma suyu ilə təmin olunmur və bu problem yalnız seçkilər öncəsi yada düşür, lakin verilən vədlər yerinə yetirilmir.

Kənddə məişət tullantıları üçün yerləşdirilən qutuların, işıq dirəklərinin yetərli olmadığı da bildirilib. Sakinlər Daştəpədə zibillərin aylarla yol kənarlarında toplandığını və antisanitar vəziyyətin yarandığını da qeyd ediblər.

Etirazçılar aidiyyəti dövlət qurumlarından kəndi narahat edən problemlərə biganə qalmamağı tələb ediblər.

Qeyd edək ki, Daştəpə kəndində analoji aksiya ötən ilin sentyabrında da keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi