azia.az
azia.az

Deputat Malik Həsənov Milli Məclisdə axır ki, ağzını açdı və telefonla transformatoru səhv saldı

28-12-2020, 01:53

Deputat Malik Həsənov Milli Məclisdə axır ki, ağzını açdı və telefonla transformatoru səhv saldı
Deputat Malik Həsənov parlamentin son plenar iclasındakı çıxışında enerji vahidiylə informasiya vahidini səhv salıb.
Teref.az xəbər verir ki, 2021-ci ilin büdcə müzakirələri zamanı özünün 5 dəqiqəlik çıxışını vərəqdən oxuyan yeni deputatımız işğaldan azad olunan torpaqlarımızın potensialından danışarkən, sonda deyib: "Məndə olan statistik rəqəmlərə əsasən, işğaldan azad olunmuş ərazilərdə təxminən 100 min hektar civarında yeni əkin sahələri, 100 meqabayt (!) miqdarında isə əlavə enerji gücü, mineral ehtiyatlar əldə etmişik...”
Məlum olduğu kimi, güc vahidi meqabayt deyil, meqavattdır. Meqabayt isə informasiya vahididir.
Ancaq göründüyü kimi, parlamentdə Cəlilabadı təmsil edən deputat kağıza yazılan çıxışını üzündən belə düz oxuya bilməyib. Hər halda, ali təhsilli deputat meqabaytla meqavattın fərqini bilməmiş deyil. Deməli, görünür bu mətni yazanlar enerji vahidilə informasiya vahidini səhv salıblar...

Yəqin ki, deputat 5 dəqiqəlik mətni kağıza yazdırmaqdansa, əzbərləsəydi daha yaxşı olardı...
Qeyd edək ki, deputat parlamentin son plenar iclasındakı çıxışını özünün “facebook” səhifəsindən yayımlasa da, sonradan silib...AzPolitika


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi