azia.az
azia.az

Yataq xəstəsi həbslə təhdid olunur-FOTO

2-02-2021, 19:49

Yataq xəstəsi həbslə təhdid olunur-FOTO
Ucar şəhəri Heydər Əliyev prospekti döngə 1 ev 9 ünvanında yaşayan Əliyev Cavidan Vüsal oğlu aktualxeber.az saytına şikayət ərizəsi ilə müraciət edərək heç bir günahı olmadığı halda Ucar Rayon İcra və Probasiya şöbəsi tərəfindən həbs olunmaqla təhdid olunduğunu bildirib. Belə ki, Nizami Rayon Yol Patrul xidmətinin inspektoru polis serjantı Quliyev Amil Əhliman oğlunun 25.04.2020-ci il tarixdə tərtib etdiyi protokolda Əliyev Cavidan Vüsal oğlunun Bakı şəhəri Nizami rayonu Babək prospektində Monte Karlo restoranının yanında nəqliyyat vasitəsini idarə edərkən Epidemiya Əleyhinə rejimin pozulması səbəbindən onu İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə ittiham edərək 100 manat cərimə yazıb. Qəribədir, Nizami Rayon Yol Patrul xidmətinin inspektoru polis serjantı Quliyev Amilin tərtib etdiyi protokolda avtomobilin markası və nömrəsi qeyd olunmayıb. İşin maraqlı tərəfi isə odur ki, Əliyev Cavidan Vüsal oğlunun keçirdiyi psixoloji travmadan sonra 3 ildir ki yataq xəstəsidir.
Belə olan surət də, Nizami Rayon Yol Patrul xidmətinin inspektoru polis serjantı Quliyev Amil Əhliman oğlunun tərtib etdiyi saxta protokol əsasında Cavidan Əliyevin yataq xəstəsi olduğunu bilən Ucar Rayon İcra və Probasiya şöbəsinin rəis vəzifəsini icra edən 1-ci dərəcəli ədliyyə qulluqçusu Mahir Abbasov hansı əsaslarla onu həbs etməklə hədələyir?
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Yataq xəstəsi həbslə təhdid olunur-FOTOYataq xəstəsi həbslə təhdid olunur-FOTO
Yataq xəstəsi həbslə təhdid olunur-FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi