35 minə Məşğulluq Agentliyində bayraq əks etdirən "Lotus Co" QSC deyəsən ƏƏSM-nın "sevimli"-sidir
Bu vətənpərvərlik deyil, bu debillikdi, ölkəyə, vətəndaşa hörmətsizlikdi! Məmurlar indidən qulaqlarına sırğa etsinlər: Qələbədən sonra büdcəni dağıtmaq, büdcədən oğurlamaq, qeyri-rassional xərclər etmək xəyanət kimi qiymətləndiriləcək!
Teref.az yazır ki, bunu politoloq natiq Cəfərli yazır!Daha sonra Natiq bəy yazır:
Bizə hər qəpik lazım olacaq - işğaldan azad edilən torpaqların bərpası onmilyardlarla vəsaitə başa gələcək! Əsgi günlər bitdi, yeni sistem gələcək - daha şəffaf, daha rasional və daha hesabatlı, başqa yol yoxdur!
Qeyd etmək istəyiri ki, "Lotus Co" QSC kimlərdəndisə tək sentyabr ayında 2 mln. 945 min manatlıq 3 müxtəlif tender udub.
Teref.az olaraq apardığımız araşdırma nəticəsində məlum oldu ki, 13.12.2018-cil tarixdə “Lotus Co” MMC Protez-Ortopedik Bərpa Mərkəzin üç lot üzrə elan etdiyi tenderin qalibi olur.
Üç lot isə bunlardır:
1) Dəftərxana və təsərrüfat malları üzrə 3419 manat.
2) Mətbəə xərcləri üzrə 10246 manat.
3) İdarənin xərcləri üzrə 19353 manat.
Teref.az